"Qarabağ"dan növbəti transfer - RƏSMİ

 "Qarabağ"dan növbəti transfer - RƏSMİ

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.

"Mediasport" xəbər verir ki, İsveçin “Yurqorden” klubu ilə danışıqlar müsbət nəticələnib və Zakria Savo “Qarabağ”a keçib.

26 yaşlı isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb.

2025-ci ildən “Yurqorden”də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib.

O, karyerası ərzində İsveçdə “Olimpik”, “Rosenqard”, “Oskarşamns AIK”, Norveçdə “Start”, Kiprdə “Aris”də çıxış edib.

Qeyd edək ki, Savo yay transfer pəncərəsində komandamıza qoşulan ikinci futbolçudur.

Onadək Jali Mauddibin keçidi rəsmiləşmişdi.