Nihat Məmmədlidən dünya çempionatında gümüş medal
Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (63 kq) final görüşünə çıxıb.
Həlledici dueldə Karen Aslanyana (Ermənistan) uduzan (4:8) təmsilçimiz gümüş medalla kifayətlənib.
Bir qədər sonra Həsrət Cəfərov (67 kq) bürünc medal üçün güləşəcək.
Xatırladaq ki, DÇ noyabrın 1-də yekunlaşacaq.
Azərbaycan komandasının aktivində hələlik 2 medal var - yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar.

