Azərbaycan çempionatı: 5 çəkidə qızıl medalçılar müəyyənləşdi
Böyüklər arasında güləş üzrə Azərbaycan çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, ikinci gündə yunan-Roma güləşi üzrə 5 çəki dərəcəsində qızıl medalların sahibləri müəyyənləşib.
97 kq-da final görüşü maraqlı alınıb. Həlledici dueldə Murad və Məhəmməd Əhmədiyev qardaşları üz-üzə gəliblər.
Azərbaycan çempionatı. Yunan-Roma güləşi
55 kq
Elmir Əliyev (Neftçi) – Rəşad Məmmədov (“Neftçi”, Şəmkir)
63 kq
Ziya Babaşov (Neftçi) – Sakit Quliyev (Neftçi)
72 kq
Fəraim Mustafayev (Neftçi) – Xalid Həsənov (Neftçi)
82 kq
Elmin Əliyev (MOİK Lənkəran) – Tuncay Vəzirzadə (Neftçi)
97 kq
Məhəmməd Əhmədiyev (Neftçi) – Murad Əhmədiyev (Neftçi)
