Güləşçimiz Avropa çempionu oldu, yığmamız 2-ci yeri tutdu

 Güləşçimiz Avropa çempionu oldu, yığmamız 2-ci yeri tutdu

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatında "sərbəst"lərin yarışına yekun vurulub.

"Mediasport" xəbər verir ki, üçüncü gündə Azərbaycan millisinin üzvü Ali Tsokayev 92 kq çəki dərəcəsində qitə çempionu olub.

Bununla da güləşçilərimizin əldə etdiyi medal sayı 8-ə çatıb.

Yığmamız bir qızıl, dörd gümüş və üç bürünc mükafatla komanda hesabında 170 xalla ikinci yeri tutub.

Xatırladaq ki, millinin heyətində Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Səbuhi Əmiraslanov (79 kq) və Yusif Dursunov  (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medala sahib çıxıblar.