Avropa çempionatı: Millimiz Kosovo yığması ilə qarşılaşır

 Avropa çempionatı: Millimiz Kosovo yığması ilə qarşılaşır

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycanın millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci görüşünü keçirəcək.

"Mediasport" xəbər verir ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv B Liqasının I qrupunda Kosovo yığması ilə üz-üzə gələcək.

Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində baş tutacaq matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, U-17 ilk qrupun qarşılaşmasında Uelsə 0:7 hesabı ilə məğlub olub.