"Qarabağ"ın futbolçusu Meksika yığmasına qol vurdu - VİDEO

"Qarabağ"ın futbolçusu Meksika yığmasına qol vurdu - VİDEO

KONKAKAF Millətlər Liqasının A Liqasında 1/4 final mərhələsi start götürüb.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın futbolçusu Renaldo Sefasın heyətində yer aldığı Yamayka milli komandası evdə Meksika yığması ilə qarşılaşıb.

Görüş yamaykalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb, 75 dəqiqə meydanda olan Ağdam klubunun üzvü komandasının ikinci qolunun müəllifi lub.

Komandaların cavab oyunu noyabrın 18-də keçiriləcək.