Azərbaycan futbolunda aprel ayının qalibləri müəyyənləşdi

Azərbaycan futbolunda aprel ayının qalibləri müəyyənləşdi

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqası, 1-ci Liqa və 2-ci Liqada “Ayın qolu” layihəsi çərçivəsində aprel ayının qaliblərini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Premyer Liqada ən yaxşı qol müəllifi "Səbail"dən David Qomis seçilib.

Aprelin 11-də “Qarabağ”la evdəki oyunda (1:4) fərqlənən yarımmüdafiəçi münsfilərin 7-nin səsini alıb.

1-ci Liqada MOİK-dən İbrahim Əliyev qalib olub.

2-ci Liqada isə səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən, yekun qərar PFL tərəfindən verilib.

Daxili səsvermənin nəticələrinə görə üstünlük “Füzuli”dən Elgün Abbaslının qoluna verilib.