AFFA-da 15 gün əvvəl rəhbər təyin edilmişdi, yola salındı - RƏSMİ

AFFA-da 15 gün əvvəl rəhbər təyin edilmişdi, yola salındı - RƏSMİ

AFFA-da növbəti ayrılıq olub.

"Mediasport" xəbər verir ki, federasiyanın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov qurumdan ayrılıb.

Axundov bu haqda Azərbaycan - Lixtenşteyn oyunundan sonra məlumat verib.

Xatırladaq ki, baş katib Cahangir Fərəcullayevlə yaxın dost olan Murad Axundov bu vəzifəyə sentyabrın 15-də təyin edilmişdi.

Eyni gündə mətbuat katibi postuna təyinatı açıqlanan Aida Əliyevanın da buradan ayrılacağı deyilir.