Almaniya klubunun baş məşqçisi Mahir Emreliyə "get" dedi
Azərbaycanlı futbolçu Mahir Emreli Almaniya klubundan ayrıla bilər.
"Mediasport" xəbər verir ki, "Kayzerslautern"in çalışdırıcı Torsten Liberknext millimizin üzvünü komandada görmək istəmir.
Hücumçuya "özünə komanda tap" xəbəri göndərilib.
Emreli 2025-ci ilin yayında "Kayzerslautern" ilə 3 illik müqavilə imzalayıb.
O, 2-ci Bundesliqa təmsilçisinin heyətində cari mövsüm bütün turnirlər daxil olmaqla, 12 oyuna çıxıb və 2 qol vurub.
Mahir karyerası ərzində "Qarabağ", "Legiya", "Dinamo" (Zaqreb), "Konyaspor", "Nürnberq" klublarında forma geyinib.
