"Neftçi"nin futbolçusu Messiyə qarşı matçda forma geyinə bilər
"Neftçi"nin legioneri Sessi Dalmeyda növbəti dəfə Benin milli komandasına dəvət olunub.
"Mediasport" xəbər verir ki, 31 yaşlı müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələ matçları üçün yığmanın düşərgəsində yer alacaq.
Benin seçməsi sentyabrın 25-də Burkina Faso, 29-da Mavritaniya yığması ilə üz-üzə gələcək.
Afrika təmsilçisi oktyabrın 6-da isə Argentina ilə yoldaşlıq görüşü keçirəcək.
Dalmeyda Benin milli komandasının heyətində 46 matça çıxıb və 1 qol vurub.
Xatırladaq ki, o, son matçda əfsanəvi Lionel Messiyə qarşı oynaya bilər. Superulduz bununla yığma ilə vidalaşacaq.

