“Turan Tovuz”un “Sabah”la mərkəzi oyununun hakimləri açıqlandı

“Turan Tovuz”un “Sabah”la mərkəzi oyununun hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, 4 gün ərzində keçiriləcək tur Tovuzda start götürüb Sumqayıtda yekunlaşacaq.

“Turan Tovuz”un lider “Sabah”la mərkəzi qarşılaşmasını Kamranbəy Rəhimov idarə edəcək.

Bütün görüşlər canlı yayımlanacaq.


Azərbaycan Premyer Liqası. 10-cu tur


30 oktyabr (cümə)

18:30. “Turan Tovuz” - “Sabah”

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov

VAR: Fərid Hacıyev

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elman Musayev

Tovuz şəhər stadionu


31 oktyabr (şənbə)

15:00. “Araz-Naxçıvan” - “Zirə”

Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Şamaxı şəhər stadionu


17:30. “Qəbələ” - “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Qəbələ şəhər stadionu


1 noyabr (bazar)

15:00. “Şamaxı” - “Neftçi”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Şamaxı şəhər stadionu


17:30. “Kəpəz” - “İmişli”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov

VAR: Rəşad Əhmədov

AVAR: Kərim Zeynalov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Eldar Məmmədov

Gəncə şəhər stadionu


2 noyabr (bazar ertəsi)

19:00. “Sumqayıt” - “Şəfa”

Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Gülnurə Əkbərzadə

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Törə Əhmədova

“SOCAR Polymer Arena”