Yeni transferləri "Zirə"yə Türkiyə klubu üzərində qələbə gətirdi

Yeni transferləri "Zirə"yə Türkiyə klubu üzərində qələbə gətirdi

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" ilk yoxlama oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası 1-ci Liqa təmsilçisi "Ankara Keçiörəngücü" ilə qarşılaşıb.

Görüş "qartallar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində Brahim Konate və Abdul Aziz Batibite fərqləniblər.