"Turan Tovuz” ən böyükhesablı qələbə rekordunu təkrarladı

"Turan Tovuz” ən böyükhesablı qələbə rekordunu təkrarladı

"Turan Tovuz” Misli Premyer Liqasında ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.

"Mediasport" xəbər verir ki, Tovuz təmsilçisi XXXVI turda “Kəpəz”i 4 cavabsız qolla məğlub edib.

Bu, klubun tarixində Premyer Liqada 4 top fərqi ilə 3-cü qələbədir. 2022/2023 mövsümündə “Neftçi”ni, 2023/2024 mövsümündə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Turan Tovuz” bu göstəricini təkrarlayıb.

Qərb derbisindəki qələbə həm də iki yubileylə əlamətdar olub. Tovuz təmsilçisi Premyer Liqada evdə 20-ci qələbə və 75-ci qola sevinib. Əlamətdar qola Ayxan Hüseynov imza atıb.

Qeyd edək ki, “Turan Tovuz” 2022-ci ilin yayından Premyer Liqada çıxış edir.