"Sabah"a lazım olmayan hücumçu Slovakiya klubuna keçdi - RƏSMİ

"Sabah"a lazım olmayan hücumçu Slovakiya klubuna keçdi - RƏSMİ

"Sabah"dan ayrılan Pavol Safrankonun yeni klubu məlum olub.

"Mediasport" xəbər verir ki, slovakiyalı hücumçu karyerasını ölkəsində davam etdirəcək.

Slovakiyalı forvard "DAK-1904"lə anlaşıb. 31 yaşlı futbolçu ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Pavol Safranko 2024-2026-cı illərdə "Sabah"da çıxış edib.