Azərbaycanlı hücumçular niyə qol vurmağı bacarmırlar? - FOTO
Futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci dövrə yekunlaşıb.
"Mediasport" xəbər verir ki, komandalar 11 turdan sonra UEFA Millətlər Liqası matçları ilə əlaqədar fasiləyə yollanıblar.
Bir həftəlik istirahətin ardından qaldığı yerdən davam edəcək ölkə birinciliyinə 24 xalla "Neftçi" başçılıq edir.
"Sabah" və "Turan Tovuz" 21 xalla 2-3-cü yerləri bölüşürlər.
11 turdan sonra çempionatın bombardirlər cədvəlində də lider "Neftçi"dir - Daha doğrusu, "ağ-qaralar"ın futbolçusu Breno Almeyda rəqiblərini qabaqlayır.
"Sabah"dan Coy-Lens Mikels 2 qolla 3-cü, "Araz-Naxçıvan"da icarə əsasında oynayan "Neftçi"nin hücumçusu Ağadadaş Salyanski isə 5 topla 3-cü sırada qərarlaşıb.
Azərbaycanlı futbolçular adına məyusedici fakt ondan ibarətdir ki, ən sərrast oyunçular arasında 13 nəfərdən yalnız biri yerlidir.
Salyanskidən savayı, digər məhsuldar futbolçuların hamısı legionerlərdir.


