"Araz-Naxçıvan" Kipr klubu ilə ilk qarşılaşmanı Bakıda keçirəcək

"Araz-Naxçıvan" Kipr klubu ilə ilk qarşılaşmanı Bakıda keçirəcək

UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları başa çatıb.

"Mediasport" xəbər verir ki, "Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə heç-heçə edib (2:2) və adını növbəti mərhələyə yazdırıb.

Premyer Liqa klubu Bakıda keçirilən görüşdə rəqibini 2:1 hesabı ilə üstələmişdi.

Elmar Baxşıyevin komandasının 3-cü təsnifat mərhələsindəki rəqibi Kipr təmsilçisi "Omoniya" olacaq.

Komandalar arasında ilk oyun avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Nikosiyada olacaq.

UEFA Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunu

"Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" (Azərbaycan) 2:2 İlk oyun - 1:2

Baş hakim: Devid Dikinson (Şotlandiya)

Saloniki, "Kleantis Vikelidis" stadionu.