"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti mərhələyə keçdi

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti mərhələyə keçdi

Azərbaycanın UEFA Çempionlar Liqasında təmsilçisi "Qarabağ" yarışda növbəti matçını keçirib.

"Mediasport" xəbər verir ki, ölkə çempionu II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində İrlandiyanın "Şelbörn" kollektivini qəbul edib.

Ötən həftə səfərdə inamlı qələbə (3:0) qazanan Ağdam klubu raundu keçərək, III təsnifatda FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibinə rəqib olub.

Bu komandalar arasında ilk oyunda makedoniyalılar minimal hesablı qələbə qazanıblar (1:0).


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunu


“Qarabağ” (Azərbaycan) - "Şelbörn" (İrlandiya) 1:0

Qol: Con Martin, 44.

Baş hakim: Andrea Kolombo (İtaliya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 3:0.

"Qarabağ: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Kadi Borges, Leandro Andrade, Emmanuel Addai, Abdullah Zubir, Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.

"Şelbörn": Vessel Spil, Kamerin Ledviq, Ceyms Norris, Samuel Bon, Lyuis Templ, Daniel Kelli, Mark Koyl, Ellis Çapman, Con Martin, Kerr Makinroy, Ademipo Odubeko.

Baş məşqçi: Coy O'Brayen.