Almeyda Bakıya gəldi - FOTO
Azərbaycan milli komandası və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Bakıya gəlib.
"Mediasport" xəbər verir ki, karyerasını vətənində davam etdirən braziliyalı yarımmüdafiəçi səfəri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Yaxşı övlad doğma evinə qayıdar.
Köhnə dostlarla görüşüb həsrətə son qoymaq, həmişə xoşbəxt olduğumuz yerdə gözəl anları yenidən yaşamaq…”.
Xatırladaq ki, 2017-2023-cü illərdə yığmamızda çıxış etmiş cənubi amerikalı 11 mövsüm Ağdam klubunun uğurları üçün çalışıb və "atlılar"ın heyətində 300-dən çox oyun keçirib.


