1-ci Liqadan yığmaya çağırılan Şahin: "Hər bir futbolçunun arzusu millidən dəvət almasıdır"

1-ci Liqadan yığmaya çağırılan Şahin: "Hər bir futbolçunun arzusu millidən dəvət almasıdır"

“Özümü çox sevincli, çox xoşbəxt hiss edirəm. Əlbəttə, hər futbolçunun arzusu millidən dəvət almasıdır. Şükürlər olsun ki, bu gün mən də milli komandaya dəvət almışam".

"Mediasport" xəbər verir ki, bu sözləri ilk dəfə Azərbaycan yığmasına çağırılan “Qəbələ”nin futbolçusu Şahin Şahniyarov deyib.

20 yaşlı sevinc hisslərini bölüşüb:

"Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm. Öz üzərimdə daha çox işləməli, daha çox əziyyət çəkməli olduğumun fərqindəyəm. Ümid edirəm ki, maksimum dərəcədə özümü milli komandada sübut edərək mənə olan ümidləri doğruldacam”.

Qeyd edək ki, millimiz martın 22-də Haiti, 25-də Belarus futbolçuları ilə yoldaşlıq görüşü keçirəcək.