Mahir Emrelinin adı 3 aylıq fasilədən sonra "23-lüy"ə salındı
3 aydır zədədən əziyyət çəkən Mahir Emreli formasını geyindiyi Almaniyanın "Kayzerslautern" klubunda sıraya geri dönüb.
"Mediasport" xəbər verir ki, hücumçunun adı Almaniya 2-ci Bundesliqanın 23-cü turunun "Pröyssen Munster"lə görüşünün iştirak ərizəsinə salınıb.
Azərbaycan millisinin futbolçusu ehtiyat skamyasında yer alıb.
Görüş Bakı vaxtı ilə saat 16:30-da başlanacaq.
Xatırladaq ki, 29 yaşlı forvard 2025-ci ilin 8 noyabrında “Herta” ilə səfər qarşılaşmasında zədə almışdı.
O, "Kayzeslautern"də indiyədək 5 oyun keçirib, 1 qol vurub.
