“Bu oyunda qələbə qazanmaq çox vacib idi" - "Neftçi"nin legioneri

 “Bu oyunda qələbə qazanmaq çox vacib idi" - "Neftçi"nin legioneri

“Bu oyunda qələbə qazanmaq çox vacib idi. Matçboyu sabit çıxış etmədik, lakin ən əsas olan 3 xalı qazandıq".

Bu sözləri "Mediasport"a açıqlamasında "Neftçi"nin futbolçusu Viçko Şevel deyib.

Xorvatiyalı yarımmüdafiəçi Premyer Liqanın 13-cü turunun "Zirə" ilə görüşü haqda fikirlərini bölüşüb.

O, qış fasiləsinə lider mövqeyində yollanmaq üçün bacardıqlarını edəcəklərini bildirib:

"1-ci pillədə yerimizi qoruduğumuz üçün şadam. Düzdür, fasilədən sonra bir qədər geri çəkildik.

Lakin məqsədimiz yalnız müdafiə olunmaq deyildi. Nəzərə alaq ki, qarşımızda hesabı bərabərləşdirməyə çalışan güclü rəqib var idi.

Xoşbəxtlikdən onlara çoxlu qol imkanları yaratmağa fürsət vermədik. Rəqibin bir qol epizodu oldu.

Çalışacağıq ki, uğurlu nəticələrimizi bundan sonra da davam etdirək".

Qeyd edək ki, "Neftçi" "Zirə"yə 1:0 hesabı ilə qalib gələrək liderliyini qoruyub.