"Nyukasl"ın əsas futbolçusu "Qarabağ"la oyunları buraxacaq

"Nyukasl"ın əsas futbolçusu "Qarabağ"la oyunları buraxacaq

“Nyukasl”ın əsas futbolçularından Brunu Gimaraynş UEFA Çempionlar Liqasının pley-off görüşlərində "Qarabağ"a qarşı oynaya bilməyəcək.

"Mediasport" xəbər verir ki, bu barədə İngiltərə mətbuatına açıqlamasında klubun baş məşqçisi Eddi Hou deyib.

Braziliyalı kapitan təxminən iki ay yaşıl meydanlardan kənar qalacaq.

28 yaşlı yarımmüdafiəçi bud əzələsindən ciddi zədə alıb.

Xatırladaq ki, Azərbaycan çempionunun "sağsağanlar"la duelləri fevralın 18-də və 24-də baş tutacaq.