Rəşad Sadıqovla problem yaşadı, kubok qazandı, "Zirə"yə geri qayıdır
"Zirə" ilə müqaviləsi iyunun sonunda başa çatacaq Rafael Utsiq Vyetnam Kubokunun qalibi olub.
"Mediasport" xəbər verir ki, hücumçunun formasını geyindiyi "Konq An" ("Ho Şi Min Polisi" - Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinin polis klubu) finalda "Pu Donq Nin" komandasına qalib gəlib - 2:1.
İlk qolu 17-ci dəqiqədə Utziq vurub.
Xatırladaq ki, Vyetnam klubunda icarə əsasında çıxış edən braziliyalı hücumçu mövsümün əvvəlində "Zirə" ilə insident yaşayıb.
O, yay toplanışına qoşulmadığı üçün baş məşqçi Rəşad Sadıqovun qəzəbinə tuş gəlmiş və avqustun 10-da çalışdırıcının göstərişi ilə əvəzedici komandaya göndərildiyi elan olunmuşdu.
Lakin həmin vaxt istirahətdə olan "sambaçı" buna məhəl qoymayaraq, ümumiyyətlə, Azərbaycana qayıtmamışdı. Avqustun 20-də isə "Zirə" onu Vyetnam klubuna icarəyə verdiyini açıqlamışdı.
Hücumçunun baş məşqçi ilə problemi mövsümün sonlarında başlamışdı və mütəxəssis mətbuat konfranslarının birində bildirmişdi ki, getmək istəyəni komandada saxlamayacaq.
Vyetnamda hazırda futbol mövsümü başa çatdığı üçün cənubi amerikalı rəsmi prosedurlara uyğun olaraq, "Zirə"nin düşərgəsinə qayıtmalıdır.


