Son 20 ildə yığma komandaya 1-ci Liqadan çağırılan ilk oyunçu oldu

Futbol üzrə Azərbaycanın əsas milli komandasının bu ay keçiriləcək yoldaşlıq oyunları üçünb heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Fernandu Santuş düşərgəyə 25 futbolçu cəlb edib.
Portuqaliyalı mütəxəssisin siyahısında yığmaya ilk dəfə dəvət alan futbolçular var: Şahin Şahniyarov, Səbuhi Abdullazadə və Xəyal Əliyev.
Azərbaycan millisi tarixində azı son 20 ildə ilk dəfədir ki, heyətə 1-ci Liqadan futbolçu çağırılır.
Səbuhi Premyer Liqada "Sumqayıt"da, Xəyal "Sabah"da oynayırsa, 20 yaşlı Şahin "Qəbələ"nin yarımmüdafiəçisidir.
Qeyd edək ki, yığmamız martın 22-də Sumqayıtda Haiti, 25-də isə Bakıda Belarus futbolçuları ilə üz-üzə gələcək.