"Azarkeşlərdən gələn dəstək bizə əlavə motivasiya verirdi" - Video
"Bilirdik ki, çətin oyun olacaq. Bu mövsüm "Zirə" ilə bir dəfə qarşılaşıb qələbə qazana bilməmişdik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Lübomir Tupta deyib.
Slovakiyalı forvard klub kanalına Premyer Liqanın 13-cü turunun "Zirə" ilə matçı haqqında düşüncələrini bölüşüb:
"Başa düşürdük ki, kollektiv şəkildə yaxşı çıxış etsək, qalib gələcəyik. Oyundan-oyuna bu cür də davam etməliyik.
Bu gün azarkeşlərimizin dəstəyi də möhtəşəm idi. Sona qədər yanımızda oldular.
Bəzi məqamlarda futbolçularımızda güc azlığı hiss olunanda azarkeşlərdən gələn dəstək bizə əlavə motivasiya verirdi.
Bunu hər an hiss edirdik. Onlara təşəkkürümü bildirirəm".
Qeyd edək ki, "Neftçi" 1:0 hesablı qələbə ilə liderliyini qoruyub.

