"Neftçi"nin oyununa bilet aldı, İstanbula səyahət imkanı qazandı

 "Neftçi"nin oyununa bilet aldı, İstanbula səyahət imkanı qazandı

"Neftçi” və Aerowingo.az-ın başladığı kampaniyada daha bir qalib müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Premyer Liqanın 13-cü turunun “Zirə” ilə matçına aldığı onlayn bileti stadionun girişində skan edərən azarkeşlərdən biri qalib olub.

Nəticədə Şahmurad Əsgərli təsadüfi yolla seçilərək İstanbula gediş-qayıdış aviabileti qazanıb.

Qalibin müəyyənləşməsi prosesi “Instagram” və “Facebook” sosial şəbəkələrinin “hekayə” bölməsində paylaşılıb.

Hədiyyəni azarkeşimizə “Aerowingo.az”ın icraçı direktoru Çingiz Piri-zadə təqdim edib.