"Qarabağ" MARAQLANDI - Qiyməti 500 min olsa da, 2 milyon istəyirlər

"Qarabağ" MARAQLANDI - Qiyməti 500 min olsa da, 2 milyon istəyirlər

"Qarabağ"ın maraqlandığı daha bir futbolçunun adı məlum olub.

"Mediasport" xəbər verir ki, bu, Bolqarıstanın "Slaviya" klubunun futbolçusu Kristiyan Balovdur.

Ağdam klubu təmsilçilərinin 19 yaşlı vingerin transferi ilə bağlı qarşı tərəflə təmasa keçdiyi bildirilir.

Sofiya tərəfinin gənc futbolçunu 2 milyon avrodan ucuz satmaq istəmədiyi müəyyənləşib.

"Transfermarkt"da transfer dəyəri 500 min avro olan Balov bu mövsüm 21 rəsmi oyunda 3 qol və 3 asistlə yadda qalıb.