Azərbaycan millisi Çili yığmasına məğlub oldu - Dünya çempionatı
Bakıda keçirilən futbol üzrə U-15 Dünya Kuboku və Festivalında Azərbaycan milli komandasının bu gün növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu yığma Çili komandası ilə qarşılaşıb.
Hövsan Yarış Kompleksindəki 7B stadionunda baş tutan matç cənubi amerikalıların qələbəsi ilə yekunlaşıb - 3:1.
Millimiz 81-ci yer uğrunda yarışacaq. Komandamızın növbəti rəqibi Belarusa uduzan Cəbəllütariq olacaq.
Oyun bu axşam saat 18:15-də keçiriləcək.
Təqvimə əsasən, millimiz oktyabrın 28-dən 30-dək beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a çatacaq.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq DÇ-nin görüşləri Hövsan Yarış Kompleksinin meydançalarında keçirilir.
Yalnız açılış və final matçları Bakı Kristal Zalına salınıb.

