Azərbaycanlı futbolçudan qol ötürməsi - Klubu mərhələ keçdi

Azərbaycanlı futbolçudan qol ötürməsi - Klubu mərhələ keçdi

UEFA Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin matçları keçirilir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Azərbaycan millisinin futbolçuus Vüsal İsgəndərlinin formasını geyindiyi Kosovonun "Malişeva" klubu evdə "Vlajniya"nı darmadağın edib.

68 dəqiqə meydanda olan yığmamızın üzvü məhsuldar ötürmə ilə yadda qalıb.

Raunda bu gün 23 görüşlə yekun vurulacaq.

Xatırladaq ki, mərhələnin ilk cavab qarşılaşması srağagün reallaşıb və Lüksemburqun "Strassen" kollektivi 2-ci təsnifata vəsiqə əldə edib.


UEFA Avropa Konfrans Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunları


"Malişeva" (Kosovo) - "Vlajniya" (Albaniya) 5:0 ilk oyun - 1:2

"Deçiç" (Monteneqro) - "Liepaya" (Latviya) 1:2 ilk oyun - 0:1