Azərbaycan milli komandaları Avropa çempionatına yollandı
Azərbaycanın güləş üzrə daha bir yaş qrupu milli komandaları Bolqarıstanın Samokov şəhərində keçiriləcək Avropa çempionatında yarışacaqlar.
Azərbaycan Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, U-17-lərin ardından eyni şəhərdə U-15-lər arasında qitə birinciliyi baş tutacaq.
AÇ mayın 20-dən 24-dək davam edəcək.
Yunan-Roma güləşi üzrə komandanın tərkibində Hüseyn Əmrahlı (38 kq), Xudayar Kərimov (41 kq), Paşa Aslan (44 kq), Pünhan Şahmarov (48 kq), Rəsul Əhmədli (52 kq), Sadiq Vəlizadə (57 kq), Raul Məmmədzadə (62 kq), İbrahim Məmmədzadə (68 kq), Süleyman Verdiyev (75 kq) və Fikrət Baxşəliyev (85 kq) böyük məşqçi Taleh Məmmədov, məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlının rəhbərliyi altında mübarizə aparacaqlar.
Qızların yarışında böyük məşqçi Mariya Stadnik, məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında Ülviyyə Musayeva (33 kq), Gülay Xasməmmədova (36 kq), Nərgiz Cəfərzadə (39 kq), Leyla Əsgərova (42 kq), Mədinə Kərimova (46 kq), Günel Kərimli (50 kq), Ləman Əliyeva (54 kq), Zərifə Alızadə (58 kq), Aylin Həsənli (62 kq) və Fatimə Qayqiyeva (66 kq) gücünü sınayacaq.
Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun rəhbərliyi altında isə Yusif Abdullayev (38 kq), Elman İsmayılov (41 kq), Məhəmməd Kərimov (44 kq), Əli Baloğlanov (48 kq), Adəm Quliyev (52 kq), Yılmaz Səmədov (57 kq), Yusif Hüseynov (62 kq), Yusif Bədəlov (68 kq), Xəyal Şükürlü (75 kq) və Elvin Necəfzadə (85 kq) isə sərbəst güləşçilər xalça üzərinə çıxacaq.
Turnirdə beynəlxalq dərəcəli hakimlərimiz Sevinc Yusibova və Samil Fəttayev, həmçinin milli kateqoriyalı Nihad Muradov ədaləti qoruyacaq.


