AGF-dən peşəkar güləşçi olmaq istəyənlər üçün əla fürsət - FOTO

AGF-dən peşəkar güləşçi olmaq istəyənlər üçün əla fürsət - FOTO

Bakı Güləş Məktəbinə 2026/2027-ci tədris ili üzrə qəbul üçün qeydiyyat prosesi başlayıb.

"Mediasport" xəbər verir ki, məktəbin 5-ci və 6-cı sinifləri (2014, 2015, 2016 təvəllüd) üzrə qəbulda iştirak etmək istəyən namizədlər Azərbaycan Güləş Federasiyasının saytında yerləşdirilmiş anket vasitəsilə qeydiyyatdan keçə bilər: https://awf.az/join-bgm/

Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada fəaliyyət göstərən Bakı Güləş Məktəbinin əsas məqsədi yeniyetmə və gənc güləşçilərin təhsildən ayrılmadan idman karyeralarını inkişaf etdirmələrinə şərait yaratmaqdır.

Qeydiyyat üçün son tarix 30 iyundur. Qəbul imtahanı 6-7 iyul tarixlərində keçiriləcək.

Namizədlər müxtəlif idman normativləri və testlər üzrə qiymətləndiriləcəklər.

İmtahan mərhələsini uğurla başa vuran iştirakçılar Bakı Güləş Məktəbinə qəbul ediləcəklər.