Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala çıxdı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan Azərbaycan güləşçilərindən ikisi finala yüksəlib.
Kənan Heybətov (70 kq) və Fərid Cabbarov (79 kq) qitə çempionu olmaq imkanı əldə edib.
Rəhman İmanov (57 kq) və Murad Haqverdiyev (65 kq) təsəlliverici görüşlərə vəsiqə qazanıb.
Abdulcəlil Şabanov (97 kq) isə təsnifat mərhələsində ermənistanlı Sergey Sargsyana (3:11) uduzaraq yarışı erkən başa vurub.
Qeyd edək ki, ölkəmiz martın 14-dək davam edəcək Avropa çempionatına 27 güləşçi ilə yollanıb.