Azərbaycanın 4 güləşçisi yarışa başlayır - Dünya çempionatı

Bu gün Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı başlanacaq.
"Mediasport" xəbər verir ki, mundialın ilk günündə Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
70 kq çəkidə Nurlan Ağazadə təsnifatda qırğızıstanlı Zalkarbek Tabaldiyevlə üz-üzə gələcək.
74 kq çəkidə Ağanəzər Novruzov eyni raundda UWW-nin neytral statuslu təmsilçisi İsmayıl Xaniyevlə qarşılaşacaq.
Təsnifat mərhələsində digər təmsilçimiz - 97 kq çəkidə Rəvan Musayevin rəqibi bolqarıstanlı Andriyan Vılkanov olacaq.
125 kq çəkidə güləşçimiz Yusif Dursunov 1/8 finalda gürcüstanlı Aleksandre Abramişvili ilə münasibətlərini aydınlaşdıracaq.
Qeyd edək ki, avqustun 24-dək davam edəcək dünya birinciliyində Azərbaycan 23 idmançı ilə təmsil olunacaq.
Sərbəst güləşçilər böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında yarışacaqlar: Vasif Bağırov (57 kq), Fərhad Hacıyev (61 kq), Ağa Qasımov (65 kq), Nurlan Ağazadə (70 kq), Ağanəzər Novruzov (74 kq), Muradxan Omarov (79 kq), Təbriz Bayramov (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq), Yusif Dursunov (125 kq).
Qadınların mübarizəsində baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) güləşəcəklər.
Yunan-Roma güləşində isə böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) ölkəmizi təmsil edəcəklər.