Azərbaycan çempionatında yarışan bu 2 klubun adı dəyişdi - RƏSMİ

Azərbaycan çempionatında yarışan bu 2 klubun adı dəyişdi - RƏSMİ

Azərbaycan 1-ci Liqasında çıxış edən "Cəbrayıl" və 2-ci Liqada yarışan "Quba" futbol komandalarının adları dəyişdirilib.

Bu barədə "Mediasport"a Peşəkar Futbol Liqasından məlumat verilib.

"Cəbrayıl" bundan sonra yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altında mübarizə aparacaq.

Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər PFL-ə təqdim edilib.

Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klub əvvəlki klubun PFL üzvlüyünə malik olur, yarışlarda iştirak etməklə bağlı əvvəllər ortaya çıxan bütün öhdəlikləri yerinə yetirir.