PFL bu gün təxirə salınan oyunun keçiriləcəyi vaxtı açıqladı

Əlverişsiz hava səbəbindən təxirə salınan “Mingəçevir” - “Difai” oyununun keçiriləcəyi tarix məlum olub.
"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, görüş fevralın 28-də baş tutacaq.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında reallaşacaq matç saat 14:00-da başlanacaq.