Azərbaycan millisi Fransada növbəti dəfə darmadağın edildi

Azərbaycan millisi Fransada növbəti dəfə darmadağın edildi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, IX qrupda yer alan Aqil Nəbiyevin yetirmələri Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qrupun ilk matçında Fransaya 0:8 hesabı ilə uduzan millimiz bu dəfə də darmadağına məruz qalıb.

Komandamızın yeganə qolunu ilk hissədə Samir Şərifov vurub.

Yığmamızın qrupda son görüşü oktyabrın 14-də Rumıniyaya qarşı olacaq.


Avropa çempionatı. Seçmə mərhələ


İsrail - Azərbaycan 5:1

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

Yan xətt hakimləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Duran (Fransa)

Dördüncü hakim: Jilom Paradi (Fransa)