Azərbaycana qələbə ilə gəlirlər
"Sabah"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində rəqibi "KuPS" ölkəmizə qələbə ilə gəlir.
"Mediasport" xəbər verir ki, Kuopio təmsilçisi Finlandiya çempionatında 16-cı tur matçını da 3 xalla başa vurub.
35 yaşlı Mika Nuutinenin baş məşqçisi olduğu kollektiv səfərdə SJK-nı məğlub edib - 2:0.
"Kups" hazırda 33 xalla turnir cədvəlinin lideridir.
Xatırladaq ki, komandalar arasında ilk qarşılaşma iyulun 21-də Bakıda olacaq.
"Bayquşlar" bir həftə sonra Finlandiyada meydana çıxacaqlar.


