İmad Fərəc "Neftçi"dən ayrılır?

İmad Fərəc "Neftçi"dən ayrılır?

“Neftçi”nin futbolçusu İmad Fərəc Azərbaycanı tərk edə bilər.

"Mediasport" xəbər verir ki, vingerlə Tunisin “Esperans” klubu maraqlanır.

Bu barədə “Esperance Time” portalı məlumat yayıb. Bildirilib ki, Mərakeş əsilli fransalı Afrikaya yollanmağa hazırlaşır.

Klublar arasında danışıqların davam etdirildiyi qeyd olunub.

Xatırladaq ki, Fərəc "ağ-qaralar"ın heyətində 2025-ci ilin yayından bu yana 31 oyun keçirib, 7 qol vurub.