"Zirə" yoxlama oyununa çıxacaq

Yeni mövsümə hazırlığını davam etdirən "Zirə" sabah yoxlama oyununda qüvvəsini sınayacaq.
"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi "Şamaxı" ilə üz-üzə gələcək.
Görüş saat 17:45-də, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək.