Gəncə şəhər stadionunda gedən tikintidən ən son GÖRÜNTÜLƏR

Gəncə şəhər stadionunda gedən tikintidən ən son GÖRÜNTÜLƏR

Tikintisi tamamlanmış Gəncə şəhər stadionunda işlər yekunlaşmaq üzrədir.

"Mediasport" xəbər verir ki, arenada oturacaqların quraşdırılması tamamlanıb.

Xatırladaq ki, Gəncə stadionu 1959-1963-cü illərdə inşa edilərək 1964-cü ildə istismara verilib.

İdman qurğusunun istismarı yararsız vəziyyətə düşdüyündən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən inşa edilir.

Stadion sentyabrın 28-də başlanacaq 3-cü MDB Oyunlarının açılışına qədər hazır olacaq.

3-cü MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda keçiriləcək.