"Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik"

"Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik"

"Üç gün əvvəl bu rəqib üzərində səfərdə gözəl oyunla qələbə qazandıq. Hesabı Andorra açsa da, əzmkar mübarizə apararaq istəyimizə çatdıq".

"Mediasport" xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis sabah DÇ-2027-nin seçmə qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda baş tutacaq Azərbaycan - Andorra matçından öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Sabah bu komandanı öz meydanımızda qəbul edəcəyik. Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə, sabahkı matçda da mütləq qələbə qazanmalıyıq.

Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik, lazımi məlumatları vermişik.

Düşünürəm ki, qarşılaşmaya tam hazırıq. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram".

Qeyd edək ki, C liqasının 3-cü qrupu çərçivəsində "Bank Respublika Arena"da keçiriləcək görüş saat 17:00-da başlanacaq.