"Neftçi" azarkeşlərin davranışına görə 5 min manat cərimə ödəyəcək
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqanın 14-cü turunda qeydə alınmış neqativ hadisələrə dair hüquqi qərarlar çıxarılıb.
"Neftçi" "Sabah"la səfər görüşündə azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə 5000 manat cərimələnib.
"Sumqayıt" – "İmişli" qarşılaşmasının 90+13-cü dəqiqəsində isə meydan sahiblərinin məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Serbiyalı qarşıdakı oyunu buraxacaq, "Sumqayıt" 1000 manat cərimə ödəyəcək.
"İmişli" komandası isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.
