"Qəbələ" yenidən Azərbaycan Premyer Liqasında oynayacaq

"Qəbələ" komandası növbəti mövsüm yenidən futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edəcək.
"Mediasport" xəbər verir ki, Kaxaber Çxadadzenin baş məşqçisi olduğu kollektiv vəzifənin öhdəsindən I Liqanın XX turunun "Baku Sportinq"lə səfər görüşündə gəlib.
5:0 hesabı ilə qalib gələn bölgə təmsilçisi xallarının sayını 52-yə çatdırmaqla, çempionatda mövsümü ilk "3-lük"də başa vuracağını rəsmiləşdirib.
Qeyd edək ki, liqada mövsümün başa çatmasına 7 tur qalıb və "Qəbələ" ən yaxın izləyicisi "Karvan"ı 14 xal qabaqlayır.