UÇL: "Qarabağ"ın azarkeşlərinə Portuqaliyada 500 yer ayrılacaq

UÇL: "Qarabağ"ın azarkeşlərinə Portuqaliyada 500 yer ayrılacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Benfika" (Portuqaliya) - "Qarabağ" matçını "Estadio do SL Benfica"da izləmək və "köhlən atlar"ı dəstəkləmək istəyən azarkeşlər üçün 500 yer ayrılıb.

"Mediasport" xəbər verir ki, azarkeşlər vauçerləri bu gün, saat 15:00-dan etibarən iTicket.az-da əldə edə bilərlər.

Biletlərin qiyməti 88 manatdır. "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.