"UEFA Millətlər Liqasında məqsədimiz qrup birincisi olmaqdır

"UEFA Millətlər Liqasında məqsədimiz qrup birincisi olmaqdır

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Tacikistan yığması ilə Bakıda keçirilən yoldaşlıq oyunundan (1:0) sonra "Mediasport"a açıqlama verib.

Oyun haqda nə deyə bilərsən?

– Pis alınmadı. Əsas odur qələbə qazandıq. Bizim üçün önəmli olan bu idi.

Qarşıdan Litva ilə oyun gəlir. Bu rəqib Tacikistandan fərqli və daha güclüdür.

– Çətin səfərə yollanacağıq. Matça yaxşı hazırlaşıb istədiyimiz nəticəni əldə etməyə çalışacağıq.

Millətlər Liqasında hədəf nədir?

– Məqsədimiz birinci olmaqdır. Yalnız bunu düşünürük. Hər oyunda yaxşı oynamaq və müsbət nəticə əldə etmək istəyirik.