"İki oyunda top buraxmadan 6 qol vurmaq yaxşı nəticədir"

"İki oyunda  top buraxmadan 6 qol vurmaq yaxşı nəticədir"

“Yaxşı oyun alındı. Uzun yol gəlmişdik, qalibiyyət çox vacib idi. İki oyunda  top buraxmadan 6 qol vurmaq yaxşı nəticədir".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə İslandiyada baş tutan cavab oyunu haqda danışıb.

O, 3:0 hesablı qələbəni şərh edib:

"Futbolçularımı təbrik edirəm, ilk tur idi. Qarşıda bizi ÇSKA gözləyir.

Sabahdan bu rəqiblə yaxından maraqlanacağıq, Çalışıb qarşıdakı matça daha yaxşı hazırlaşmalıyıq.

Çatışmazlıqlarımız var, amma əvvəlki oyuna nisbətən bu gün belə bir hava şəraitində daha səliqəli oynamağı bacardıq.

Vaxtımız var, inanıram ki, qarşıdakı oyunda yaxşı idman formasında olacağıq.

"Sabah"ı və "Zirə"ni də tərbik edirəm. 6 oyunda 6 qələbə əmsallarımız artır, buna çox sevinirəm".

Xatırladaq ki, Ağdam klubu hər iki qarşılaşmada "Vestri"yə 3:0 hesabı ilə qalib gəlib.