"Qarabağ"ın futbolçusunun milli komandada debütü baş tutmadı
"Qarabağ"ın futbolçusu Bençe Varkonyinin Macarıstan milli komandasının heyətində debütü baş tutmayıb.
"Mediasport" xəbər verir ki, ilk dəfə yığmaya dəvət alan müdafiəçi UEFA Millətlər Liqasının B Divizionunun 2-ci qrupunun Şimali İrlandiya seçməsi ilə 2-ci tur görüşündə meydana çıxmayıb.
Ağdam klubunun üzvü Belfastda baş tutan qarşılaşmanı ehtiyatdan izləyib - 0:0.
2 turdan sonra 1 xalla qrupda üçüncü yerdə olan Macarıstan millisi oktyabrın 2-də Gürcüstan, oktyabrın 5-də isə Ukraynanın qonağı olacaq.
Xatırladaq ki, italyan Marko Rossinin çalışdırdığı mərkəzi avropalılar ilk turda Ukrayna yığmasına uduzublar (0:1).

