"Şamaxı" dağılır? - Komandadan gedənlərin sayı 12-yə çatdı
"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, əyalət klubu Vladislav Veremeyevlə vidalaşıb.
27 yaşlı ukraynalı müdafiəçinin klubla başa çatan müqaviləsi uzadılmayıb.
Xatırladaq ki, onadək "şirlər"i Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov və Rafael Məhərrəmli tərk edib.


