Vüsal İsgəndərli Kosovo klubunda
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Kosovo klubuna keçib.
"Mediasport" xəbər verir ki, 29 yaşlı hücumçu "Malişeva" klubu ilə anlaşıb.
Onun son iş yeri "Partizani" (Albaniya) klubu olub.
Vüsal 2025/2026 mövsümündə ümumilikdə 35 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
İsgəndərli karyerası ərzində ölkəmizin "Rəvan", "Simurq", "Zirə", "Şamaxı", "Sumqayıt", Türkiyənin "Keçiörəngücü", "Boluspor", Albaniyanın "Eqnatia" klublarında oynayıb.


