"Müsbət nəticə ilə dönmək üçün ən yaxşısını etməyə çalışacağıq"

"Üstünlük bəlkə də rəqib tərəfdədir. Həm öz meydanlarında oynayırlar, həm də bu matça çox ciddi hazırlaşacaqlar. 2 turdan sonra xalları yoxdur".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis İspaniya səfəri öncəsi Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda qarşılaşacaqları "Atletik" haqda fikirlərini bölüşüb:
"Bu komandaya qarşı sona kimi mübarizə aparıb dözməyə çalışacağıq. Rəqibin son matçlarına baxmışam. Oyunlarında dinamika yüksək olur, sürətli hücumlara çıxırlar.
"Atletik" rəqib cərimə meydançasına topla ən tez gedən komandalardan biridir. Həm bizim üçün, həm də rəqib üçüb vacib qarşılaşmadır. Müsbət nəticə ilə dönmək üçün ən yaxşısını etməyə çalışacağıq".
Xatırladaq ki, oktyabrın 22-də baş tutacaq "Atletik" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.